Həmiltondan daha bir Böyük Dəbilqə!

Hadisələrlə zəngin olan Britaniya Qran Prisi başa çatıb. Yarışa pouldan başlayan Lyuis Həmilton startdan finişə qədər liderlik edərək qələbə qazanıb.

F-1.az xəbər verir ki, Palmer artıq qızdırma dövrəsində problem yaşayıb və starta çıxmayıb. Sürücülər daha bir isinmə dövrəsinə yollanıblar.

Startda Həmilton və Rəykkönen mövqelərini qoruyublar. Ferstappen isə Fetteli üstələyib. Alman sürücü yerini bərpa etsə də, Maks dərhal əks-hücumla onu bir daha keçib.

Start insidentsiz ötüşməyib – Toro Rosso sürücüləri toqquşublar, nəticədə Sayns mübarizəni dayandırıb.

Yarışa doqquzuncu yerdən başlayan və gec pit-stop edən Bottas xeyli yüksəlib. Dördüncü yeri tutacağı gözlənilən finlandiyalının finişə iki dövrə qalmış bəxti gətirib – əvvəlcə Rəykkönen, daha sonra isə Fettel təkər problemi yaşayıb və Bottas ikinciliyə yüksəlib.

Həmilton mövsümdə üçüncü, karyerasında isə beşinci Böyük Dəbilqəsini qazanıb və çempionatda Fettellə fərqi minimuma endirib. Rəykkönen üçüncü yeri tutaraq podiumun son pilləsini tutub.

Yarış barədə ətraflı bir qədər sonra…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*