Həmilton yeni müqavilə barədə çox düşünmür

Mercedes-in multiçempion pilotu komanda ilə müqavilənin uzadılması ilə bağlı sualları cavablandırıb.

F-1.az xəbər verir ki, Lyuis bu barədə çox düşünmədiyini, zamanı gəldiyində bunun reallaşacağını deyir.

Lyuis Həmilton: “Müqavilə ilə bağlı çox şey deyə bilmərəm. Vaxtında gəldikdə lazım olan ediləcək. Gələn həftə və ya gələn ay – nə vaxt baş verərsə verər, vecimə deyil. Nə qədər ki, proses davam edir, mən bundan çox narahat deyiləm. Toto ilə görüşdüm, bu barədə dəfələrlə danışdıq, əla münasibətimiz var və bu barədə başqa heç nə deməyə söz tapmıram”.

Dünən – iyunun 15-də məlum olub ki, Mercedes komandası hələ ki, sözügedən əməkdaşlığın davamı barədə açıqlama hazırlamır.

Qeyd edək ki, son 2 ildə əvvəlki illərdən fərqli olaraq, çempionluq uğrunda mübarizə aparmağa imkan verən maşın düzəldə bilməyən Mercedes ilə rekord səkkizinci titulunu qazanmaq istəyən Lyuisin yollarının ayrılacağı barədə söhbətlər gəzir. Hətta Ferrari-nin ona ildə 50 milyon avro verməyə hazır olduğu bildirilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*