Həmilton Volffa cavab verib

S.Ərəbistanı yarışı ərəfəsində Mercedes-in başçısı demişdi ki, növbəti 2 mövsüm ərzində Lyuisə rəqabətədavamlı maşın verməsələr, başqa komandalara keçidlə maraqlana bilər.

F-1.az bildirir ki, yeddiqat dünya çempionu Toto Volffu heç bir halda komandanı tərk etməyəcəyinə inandırıb.

Lyuis Həmilton: “Mən belə söhbətlərə diqqət yetirmirəm. Bu komandanı sevirəm və bu illəri mənimlə bölüşən bütün işçilərə minnətdaram. Başqa yerdə çıxış etməyi düşünmürəm. Getməli olduğumu hiss etmirəm.

Mən səbirli olmağa və yenidən yüksək mövqelərə qayıtmaq üçün komanda ilə işləməyə çalışıram. İndi deyə biləcəyim tək şey budur. Heç yerə getməyi planlaşdırmıram”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*