F-1.az xatırladır ki, Həmilton Niko Rosberqi keçmək istəyəndə, idarəetməni itirib və yerində fırlanaraq, komanda yoldaşına çırpılıb. Hər iki sürücü də çınqıllı sahəyə çıxaraq, yarışı dayandırıblar.
Yarışın gedişi zamanı Qran Prinin stüardları insidenti finişdən sonra araşdıracaqlarını bildiriblər.
Araşdırmalardan sonra FİA hər iki sürücüyə də cəza verməyib və qəzanın yarış insidenti olduğunu bildiriblər. Beləliklə, heç bir sürücüyə cəza verilməyib.
Həmilton qəzadan sonra bildirib ki, Niko Rosberqdən sürətli olub: “Ondan 17 km/saat sürətli idim və bunun üçün boşluğa girdim”.