Həmilton və Fettel əks fikirdədirlər

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Ferrari-ni güclü rəqib saydığı halda, Ferrari komandasının sürücüsü Sebastyan Fettel tam əksini düşünür.

F-1.az xatırladır ki, Mercedes komandası son 3 mövsümdə keçirilən 59 yarışda 51 qələbə qazanıb. Amma Ferrari builki qış testlərində çox sürətli təsir bağışlamış, sürücüləri ilk iki yeri tutmuşdular.

Lyuis Həmilton: “Məncə, Ferrari hazırda ən sürətlidir və favoritdirlər. Amma Sebastyan bunu gizlətməyə çalışır.

Red Bull-un buraya gətirdikləri mənə maraqlıdır. Testlər vaxtı elə də böyük yenilikləri yox idi. Düşünürəm ki, buraya yeni şeylər gətirəcəklər. Qələbə üçün namizədlər çoxdur. Əsl mübarizə budur.

Bildiyimə görə, indiyə kimi heç bir komanda qayda dəyişikliklərindən sonra titulunu qoruya bilməyib – bu ilki reallaşdırmaq istəyirik”.

Fettel isə mətbuat konfransında Həmiltona bu cavabı verib: “Mercedes son 3 ildə çox güclü idi. Əgər bir komanda güclüdürsə, qaydaların dəyişməsindən asılı olmayaraq, yenə də güclü olacaqlar. Onlara çatmağa çalışdıq. Başlanğıcda kim güclü olsa, ən böyük şansa sahib olacaq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*