Həmilton təqaüdə çıxmaq üçün şərtlərini açıqlayıb

Lyuis Həmiltonun Mercedes-lə müqaviləsi ilin sonunda başa çatır, lakin həm komanda, həm də yeddiqat dünya çempionu əməkdaşlığı davam etdirmək istəklərini bildiriblər.

F-1.az ehtimal edir ki, yeni müqavilə Lyuis üçün Formula 1-də sonuncu olacaq – britaniyalı pilot hətta yarış dəbilqəsini mismardan asmaq üçün şərtlərini də  açıqlayıb.

Lyuis Həmilton: “Əgər 2022-ci ildə biz bütün mövsüm boyu ön cəbhədə mübarizə aparsaydıq, o zaman kim bilir indi mənim qərarım nə olardı. İnanıram ki, hər ilin sonunda sürücü özü-özünə sual verməlidir ki, karyerasının əvvəlindən çox olmasa da, eyni fədakarlıqla işləməyə davam etməyə hazırdırmı? Sürücü uğur qazanmaq üçün daim məşq etməyə və komanda ilə birlikdə işləməyə hazırdırmı?

Əgər nə vaxtsa ətalətlə hərəkət etdiyimi və axınla getdiyimi başa düşsəm, bu, o demək olacaq ki, mən artıq Formula1-də yerimə layiq deyiləm və dayanmalıyam.

Maraqlıdır, mən əlimdən gələnin ən yaxşısını verməyə davam edə bilirəmmi və istəyirəmmi? İndi cavabım müsbətdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*