F-1.az xəbər verir ki, Lyuis Red Bull komandasının bu mövsümdəki tempindən danışıb, çempionatın rəqabət qabiliyyətini artırmaq üçün qaydaları qismən dəyişdirməyi təklif edib.
Lyuis Həmilton: “Aydındır ki, Red Bull hətta tam gücü ilə çıxış etmir. Onların sadəcə olaraq buna ehtiyacı yoxdur – nə qədər inamla liderlik etsələr, avtoidman ictimaiyyəti onları bir o qədər geridə saxlamaq istəyəcək. Əslində, onların hər dövrəyə orta hesabla 0,7 saniyə üstünlüyü var. Red Bull həqiqətən əla iş görür.
Nə yaxşı ki, Formula1 bəzən reqlamentləri dəyişir, yeni nəyəsə cəhd edir. Biz həmişə irəli getməliyik, inkişaf etməliyik. Ancaq belə bir geriləmə görməyimiz tamamilə normal deyil. Mənə elə gəlir ki, qaydaları necə uyğunlaşdırmaq barədə düşünmək lazımdır, əks halda 2026-cı ilə qədər eyni mənzərəni görəcəyik”.
Xatırladaq ki, məhz onun çempionluqları sıraladığı 2014-2020-ci illərdə Mercedes-in bariz üstünlüyü olub, lakin britaniyalı pilot o dövrdə heç vaxt belə təkliflə çıxış etməyib.