F-1.az xatırladır ki, turboerada yalnız bir dəfə Niko Rosberqə qarşı tituku əldən verən Lyuis son iki ildə də Maks Ferstappenin çempion olmasının qarşısını ala bilməyib.
Lyuis Həmilton: “İndi sadəcə anı yaşamağa, xoşbəxt olmağa, işimdən həzz almağa çalışıram. Mən daha yaxşı bir yarışçı olmaq üçün özümü mənəvi, əqli və fiziki cəhətdən inkişaf etdirməyə çalışıram və hər zaman bütün potensialımı ortaya qoymaq istəyirəm. Komanda ilə işləməyi xoşlayıram. Bu mənim həyatımda uzun müddətdir ki, var. İndi özümü kifayət qədər hazır və olduğum yerə layiq hiss edirəm. Ona görə də belə davam edəcəyəm.
Təbii ki, məqsədimiz dünya çempionluğunu qazanmaqdır və bizim üçün ilk dəfəki kimi olacaq. Bunun mənim üçün səkkizinci titul olacağını düşünmürəm. Dünya çempionatı haqqında elə düşünürəm ki, bu bizim ilkimizdir. Mən belə yanaşıram və inanıram ki, bunu etmək üçün düzgün komandam var. Komanda üçün yenidən qalib gələ bilsəm, çox qürur duyacağam”.