Həmilton gərgin mübarizəni səbirsizliklə gözləyir

Yeddiqat dünya çempionu ümid edir ki, bir gün üç dünya çempionu - o, Fernando Alonso və Maks Ferstappen titul uğrunda bərabər mübarizə apara biləcəklər.

F-1.az xəbər verir ki, Lyuis bunu səbirsizliklə gözlədiyini bildirib.

Lyuis Həmilton: “Kanadada üçümüz podiuma yüksəkdik. Karyeralarında inanılmaz uğurlar qazanmış bu uşaqlarla mübarizə həqiqətən əladır. Formula1-də belə ilk üçlük olubmu, bilmirəm. Mənə elə gəlir ki, beləsi olmayıb. Biz bir-birimizə böyük hörmətlə yanaşırıq, trasda bir dəfədən çox vuruşmuşuq və güvənə biləcəyimizi başa düşürük.

Ümid edirəm ki, nə vaxtsa maşınlarımız sürətdə yaxınlaşacaq və biz birlikdə titul uğrunda mübarizə apara biləcəyik. Əgər üçümüz gərgin mübarizə aparsaq, bu, inanılmaz dərəcədə maraqlı olmalıdır”.

Qeyd edək ki, üçlü bu il Avstraliya Qran Prisində də birlikdə podiuma yüksəlmişdi. Sonuncu Kanada Qran Prisinin podiumu qələbə sayına görə rekordçu olub ( Həmilton 103, Ferstappen 41, Alonso 32 olmaqla, ümumilikdə 176 qələbə).

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*