Həmilton Əbu Dabidə Ferrari-nin sükanı arxasında oturmayacaq

Mövsümün Əbu Dabidəki final mərhələsindən sonra komandaların 2025-ci il təkərləri ilə işləyə biləcəyi testlər keçiriləcək.

F-1.az xatırladır ki, bəzi hallarda komanda dəyişən sürücülər artıq bu testlərdə yeni komandalarının maşınlarının sükanı arxasında oturmaq imkanı qazanırdılar, lakin Lyuis Həmiltonun vəziyyətində bu baş verməyəcək.

BBC Sport-un məlumatına görə, yeddiqat dünya çempionunun Əbu Dabidəki testlərdə Ferrari sükanı arxasında oturmaq şansı sıfırdır. Sürücünün Mercedes-lə müqaviləsi dekabrın sonuna qədər nəzərdə tutulub və mövsümün başa çatmasından sonra komanda Həmiltonun iştirakı ilə bir çox reklam tədbirləri planlaşdırıb ki, bunların bir hissəsi Lyuisin Formula1-də çıxış etdiyi bütün karyerası boyu istifadə etdiyi Mercedes komandası və mühərrikləri ilə vidalaşmağa həsr olunacaq.

Beləliklə, azarkeşlər Lyuis Həmiltonu Ferrari sükanı arxasında yalnız 2025-ci ildə görə biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*