F-1.az xəbər verir ki, yeddiqat dünya çempionu bu gün Corc Rasselli əvəz edib və bu, Lyuisin 2023-cü ildə yarış maşının sükanı arxasına ilk keçididir. Pirelli mühəndisləri geniş sınaq proqramı planlaşdırıblar ki, Lyuis çoxlu dövrə vura və ritmini bərpa edə bilsin.
Gələn həftə Mercedes Xeresdə Pirelli testlərini davam etdirəcək və komandanın sürücüləri fevralın 15-də yeni maşını qiymətləndirə biləcəklər. Təqdimatla yanaşı, həmin günə W14-lərin yarışı da planlaşdırılır – hər iki sürücünün Silverstounda bir neçə dövrə vuracağı gözlənilir.