Helmut Marko Red Bull-la müqaviləsini uzadıb

Red Bull şirkətinin yeni sahibləri ilə şirkətin məsləhətçisi Helmut Markonun görüşündə əməkdaşlığın davam etdirilməsi qərara alınıb və bu gün razılaşmanın detalları məlum olub.

F-1.az xəbər verir ki, Red Bull-un qurucusu Ditrix Mateşiçin 2022-ci ilin oktyabrında vəfatından sonra bu il 81 yaşı tamam olan Helmut Markonun gələcəyi ilə bağlı müxtəlif şayiələr yayılıb. Avstriyalının özü istefası ilə bağlı yayılan şayiələri hər cür təkzib edərək, müqaviləsinin yalnız 2024-cü ildə bitəcəyini bildirib.

Bu gün isə məlum olub ki, Marko ana şirkət Red Bull GmbH ilə müqavilənin uzadılması barədə razılığa gələrək daha üç il komandada qalacaq.

Marko şirkətə 25 il əvvəl Mateşiçin dəvəti ilə gənclərin yarış proqramına nəzarət etmək üçün qoşulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*