Helmut Marko gələcəyin ulduzlarını axtarır

Red Bull şirkətinin avtoidman üzrə məsləhətçisi Helmut Marko komandanın Corc Rassell ilə müqavilə bağlamaqda maraqlı ola biləcəyi barədə Kristian Hornerin fikrini təkzib edib.

F-1.az xatırladır ki, komandanın başçısı Horner gələn il müqaviləsi başa çatacaq Corc kimi sürücüləri diqqətdənkənar qoymadıqlarını bildirmişdi…

Helmut Marko: “Rassell sıralama turlarında Həmiltonla eyni səviyyədə, bəzən hətta ondan daha sürətli sürür. Lakin o, Mercedes-lə bağlıdır, biz isə öz gənc sürücülərimizə fokuslanmışıq. Gənc istedadlarımızın nələrə qadir olduğunu görəcəyik. Yuki Tsunodanı da gənc sürücü adlandırmaq olar, onun Louson ilə necə işləyəcəyi maraqlıdır”.

Marko qeyd edib ki, Franko Kolapintonun təcrübəsi çatışmır və o, gənc sürücülər seriyalarında o qədər də uğurlu olmayıb: “Doğrudur ki, onun heç vaxt ən yaxşı komandaları olmayıb, amma indi göstərdiyi inanılmaz nəticələrə baxın. O, Bakıda və Sinqapurda yaxşı nəticə göstərərək gələcəyini təmin etdi. Mən onu sadəcə bir nümunə kimi gətirdim”.

Helmut Marko, həmçinin Börmanı xatırladıb və qeyd edib ki, onun nümunəsi Formula2 sürücülərinin Formula1-də uğurlu çıxış etmək potensialına malik olduğunu göstərir: “Əvvəlki illərdən fərqli olaraq, bizə mütləq üç və ya beşillik təcrübəsi olan sürücülər lazım deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*