F-1.az xəbər verir ki, şirkətin avtoidman üzrə məsləhətçisi Helmut Marko əmin edir ki, komanda növbəti mövsümdə də yüksək səviyyəsini qoruyacaq.
Helmut Marko: “Əlbəttə ki, 2023-cü ildə də qalib gəlmək istəyirik. Bizim toparlanmış komandamız və istedadlı gənclərimiz var, bu o deməkdir ki, biz möhkəm təmələ istinad eməklə aerodinamik boruda işimizə qoyulan məhdudiyyətlərin gələn il gətirə biləcəyi bütün çətinlikləri dəf edə bilərik.
Biz 2023-cü il üçün maşının konsepsiyasını çoxdan müəyyən etmişik. Texniki dəyişikliklər o qədər də çox deyil, buna görə də rəqabətli səviyyədə çıxış etməyi gözləyirik. Komanda yeni mövsümü səbirsizliklə gözləyir”.