Heineken Vyetnamda F1 yarışı keçirilməsini istəyir

Heyneken-dən Canluka di Tondo Vyetnamda Formula1 yarışı keçirmək istədiklərini bildirib...

F-1.az xatırladır ki, Heineken şirkəti iyun ayından Formula1 ilə sponsorluq müqaviləsi bağlayıb və bu müqavilənin əsas məqsədi Heineken-i bütün dünyada, xüsusən də, Asiya və Amerikada tanıtmaqdır.

Heineken-in marka direktoru Canluka di Tondo təqvimdə 7 Asiya yarışı olmasına baxmayaraq, Vyetnamda da yarış keçirilməsini istəyir: “Vyetnamı Formula1 təqvimində görmək istəyərəm. Orada çoxlu yerli ortaqlarımız var və Montsada bəzilərini qonaq kimi qəbul etdik. Niyə Hoşimində bir yarış olmasın? Heineken Avropada çox güclüdür. Biz Avropada əmələ gəlmişik və Avropa markasıyıq. Amma bizim üçün ən vacib bölgə Asiya və Sakit Okeanı sahillərindəki ölkələrdir. Orada 7 yarışın olması mükəmməldir və Asiyada Formula1 sevgisinin olduğu açıq-aydın görünür.

Amerika hələ də ən böyük bazardır və oradakı yarışların iki dəfə artması üçün əlimizdən gələni edəcəyik. Bizim üçün vacib bazarlardan biridir. Burada Formula1-i məşhurlaşdırmaq üçün müzakirələr apara bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*