Heineken Formula1-lə müqaviləsini təsdiq edib

Heineken şirkəti bu il İtaliya Qran Prisinin titul sponsoru olmaqla yanaşı Formula1-in qlobal tərəfdaşı olacaq, gələn ildən isə şirkət 3 Qran Priyə sponsorluq edəcək. Tərəfdaşlıq Montsa yarışından başlayacaq, müqavilə 2020-ci ilin sonunda başa çatacaq. Heineken Brewery bu müddət ərzində Formula1-ə 500 milyon dollar sərmayə yatızdırmağı planlaşdırır.

F-1.az xəbər verir ki, eyni zamanda, alkohollu işkilərin məsuliyyətli içilməsinə həsr olunmuş birgə təşəbbüs proqramların startı da verilib. Devid Kulthard və ser Ceki Stüart şirkətin Formula1-də rəsmi səfirləri seçiliblər.

Bundan başqa, Heineken rəqəmli media kontentin ictimaiyyətə çatdırılmasında texnoloji inqilab etməyə söz verib – şirkətin bu sahədə Çempionlar Liqasında və Reqbi üzrə Avropa Kubokunda böyük iş təcrübəsi var.

Bu barədə şayiələrin gəzməsinə baxmayaraq, Heineken heç bir komandaya sponsorluq etməyəcək, ona görə də şirkətin loqotipləri heç bir maşında olmayacaq, əvəzində traslarda və ekranlarda peyda olacaq.

Berni Ekklstoun: “Heineken – əla nüfuzu olan beynəlxalq brenddir. Mən şirkəti Formula1 ailəsində salamlamağa şadam və səbirsizliklə genişmiqyaslı birgə tədbirləri gözləyirəm. Biz uzunmüddətli məhsuldar əməkdaşlığa ümid edirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*