F-1.az xatırladır ki, keçən həftə Heineken-in 5 il müddətinə Formula1-in əsas sponsorlarından biri olacaq. Razılığa əsasən, tərəfdaşlıq İtaliya Qran Prisindən etibarən başlamalı idi. Lakin Berni Ekklstounun jesti nəticəsində biz Kanada Qran Prisində şirkətin reklamlarını görə bilmişdik.
Heineken-in 2 komanda ilə də əməkdaşlıq edəcəyi gözlənilir. Onlardan birinin Red Bull olacağından əmin olanların sayı çoxdur. Amma bu razılaşmaların şərtlərində pilotların geyimində, dəbilqələrində və ya bolidin üzərində şirkətin loqotipinin yerləşdirilməsi nəzərdə tutulmayıb.
Digər komandanın adı isə məlum deyil. Amma Williams-ın Martini, McLaren-in Chandon və Johnnie Walker, Force İndia-nın isə Smirnoff və Kingfisher şirkətləri ilə müqaviləsi olduğundan, bu komandaların namizədlər siyahısında olmayacağı bildirilir.