Heineken B.Ekklstounun sosial şəbəkələrə baxışını dəyişdirə bilər

Formula1-in rəhbəri Berni Ekklstoun bildirib ki, Heineken ilə bağladıqları uzunmüddətli müqavilə onun sosial şəbəkələrə qarşı fikrini dəyişəcək.

F-1.az xatırladır ki, Berni Ekklstoun uzun müddət idi ki, sosial şəbəkələrin faydalarına şübhə ilə yanaşırdı və Formula1 uzun illər sosial şəbəkələrdə təmsil olunmamışdı. Amma son illərdə Twitter, Facebook və Youtube kimi sosial şəbəkələrdə Formula1 hesabları aktivləşib.

Ancaq Formula1-in yeni tərəfdaşı Heineken bildirib ki, avtoidmanın daha çox kütləyə yayılması üçün sosial şəbəkələr çox vacibdir. Ekklstoun bildirib ki, bu müqavilədən sonra onun sosial şəbəkələrə qarşı fikri dəyişə bilər: “Heineken-in sosyal şəbəkələrlə bağlı planlarından xəbərdaram və məmnunam. Heineken-dən əvvəl də sosial şəbəkələrlə maraqlanmağa başlamışdım, ancaq onlar məni bu mövzuda daha da aydınlaşdıracaqlar.

Bu mövzuya heç vaxt diqqət ayırmadım. İnsanların sosial medya vasitəsilə dediyi sözlərə heç vaxt inanmadım. Buna görə də gözləyək, görək. Ancaq onlarla işlədiyim üçün xoşbəxtəm”.

Ekklstoun Heineken ilə müqaviləyə görə 5 ilə 250 milyon dollar alacaqlarına baxmayaraq, Heineken-in Formula1-i məşhur olmayan yerlərdə tanıtma planı onlar üçün daha cəlbedici olub.

Berni Ekklstoun: “Yaxşı müqavilə oldu. Böyük markalara təsir etmək istəyirik və Heineken böyük marka kimi buradadır. Sözün açığı, çox xoşbəxtəm. Digər markalarımız üçün də yaxşı oldu. Bir-birlərinə kömək edəcəklər. Pul vacib deyil. Mövzu bu deyil. Bizə pul verməsələr də, onların bizimlə işləməsində görə məmnun olardıq.

Bizdən məmnun olmaqları gözəldir. Bizimlə müqavilə bağlamaq istəyən başqa içki şirkətləri də oldu, amma biz onlara “yox” dedik. Heineken-də işləyənlər məsuliyyətli insanlardır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*