F-1.az bildirir ki, Konq Reyin marşrutu Şərqi Çin və Yapon dənizinin üzərindən olacaq, amma şənbə günü praktiki olaraq qasırğanın təsirini bütün ölkə hiss edəcək. Nəticədə sıralanma turu ləngiyə və hətta təxirə salına bilər, biz bunun bir neçə dəfə şahidi olmuşuq.
Meteoroloqların proqnozlarına görə, bazar günü qasırğa Yaponiyanın ərazisini tərk edərək Vladivostok tərəfdən Rusiyaya daxil olacaq. Gözlənildiyinə görə, bazar günü Suzukada hava isti və günəşli olacaq.