Start yüngül yağış altında Təhlükəsizlik Maşının arxasında verilib – TM 2 dövrədən sonra pitə yollanıb. Amma ilk onluqda ciddi mübarizə olmayıb. Mövqelər əsasən sürücülərin səhvlərinə görə ya itirilib, ya da qazanılıb.
İlk dördlük isə finişdə dəyişməz qalıb – Red Bull Akademiyasının dinləyicisi Hitech GP komandasının sürücüsü Ayzek Həcər mövsümdə 3-cü qələbəsini qazanıb. Mövsümün lideri Viktor Marten finişdə 2-ci olub və turnir cədvəlində Həcəri cəmi bir xal qabaqlayır.
Podiumu isə Ferrari Akademiyasının dinləyicisi Oliver Berman tamamlayıb.
Növbəti dəfə çempionat iştirakçıları bu ayın sonunda Macarıstanda bir araya gələcəklər…