Pouldan start alan Usicima ilk döngədə liderliyi əldən verib – mövsümün öncülü Viktor Marten yerindən daha yaxşı tərpənib.
Amma tədricən Ayzek Həcərin irəliləməsi başlayıb – əlcəzair əsilli fransalı sürücü əvvəlcə Kuş Mainini, daha sonra Usicimanı üstələyib. Təhlükəsizlik Maşınından sonra isə Viktor Marteni də arxada qoyan Həcər mövsümdə 2-ci qələbəsini bayram edib. Red Bull Akademiyasının sürücüsü sürətli dövrəyə də imza atıb.
Sabah mübarizə əsas yarışda davam edəcək…