F-1.az bildirir ki, siyahıda McLaren-in rəhbəri Andreas Zaydl, AlphaTauri-nin rəhbəri Frants Tost və sabiq F1 pilotu, DTM-də menecer kimi fəaliyyət göstərən Gerhard Berger də var.
Beləliklə, Mattia Binottonu əvəzləməyə yeganə variant kimi Frederik Vasyör göstərilir.
Xatırladaq ki, son günlərdə Binottunun postundan gedəcəyi deyilir, bunun da səbəbi Con Elkannın ona güvənməməsidir. Hətta bu məlumatın Şarl Leklerə yaxın adamlar tərəfindən səsləndirildiyi də bildirilir…