F-1.az xatırladır ki, Tramp ABŞ prezidenti seçilməmişdən əvvəl platformasında demişdi ki, prezident seçiləcəyi təqdirdə ABŞ-la Meksika sərhədində hasar tikəcək. Tramp seçiləndən sonra Hawkers rəsmi səhifəsində “Meksikalılar göz yaşlarını gizlətmək üçün bizim eynəklərdən istifadə edə bilərlər” yazmışdı.
Hawkers-in bu mesajından dərhal sonra Peres sosial şəbəkələr üzərindən onlarla müqaviləni pozduğunu demişdi.
Amma Hawkers şirkəti El Universal qəzetinin bir səhifəsində üzr mesajı yayımlayıb və yoxsul uşaqlara 25000 dollarlıq yardım edəcəyini yazıb: “Sevgili Serxio, bəzən səhv edə bilirik. Sən bunu hamıdan yaxşı bilirsən. Bu səhvlərin təkrar olunmaması üçün əlimizdən gələn hər şeyi edəcəyik. Səninlə Meksika və bütün Dünyadakı irqçiliyə qarşı bir yerdə mübarizə aparacayıq”.
Yazıda Tramp barədə yazıların səbəbkarı kimi sosyal şəbəkələrin admini göstərilib…