F-1.az xəbər verir ki, Mercedes-in idman proqramının keçmiş rəhbəri Norbert Hauq RND-yə müsahibəsində deyib ki, bir sıra zəfərlərdən sonra Formula1-dəki vəziyyət almanlar üçün faciəyə çevrilib…
Norbert Hauq: “Almaniyada Formula1 zəfərdən faciəyə çevrildi ki, bu, bütün avtoidman həvəskarları üçün utancvericidir. 1994-2016-cı illər arasında almanların çempionluq titulları sanki konveyerdən çıxırdı – Mixael Şumaxer yeddi, Sebastyan Fettel ardıcıl dörd və sonuncunu da Niko Rosberq Mercedes-də qazandı.
2010-cu ildə, mövsüm ərzində Formula1-də yeddi alman sürücü iştirak etmişdi, indi isə heç də sürətli olmayan maşının sükanı arxasında yalnız Niko Hülkenberq qalıb.
On il ərzində Almaniya ildə iki Formula1 yarışına ev sahibliyi etdi və yayımların televiziya auditoriyası 12 milyonu ötdü, bu gün isə cəmi 3 milyon auditoriyamız var, .
Təəssüf ki, ölkəmiz Böyük Britaniyada yerləşən və iki britaniyalı sürücüsü olan Mercedes zavod komandasını nəzərə almadan, F1-də effektiv iştirak proqramı hazırlaya bilməyib”.