F-1.az xəbər verir ki, mövsümün gedişində mühəndislər maşınları yüngülləşdirməyə nail olublar ki, bu da nəticələrə təsir edib. Alpine komandasının texniki direktoru Mətyu Harman bildirib ki, bu il hər kəs maşının çəkisini 796 kq-a endirə biləcək.
Mətyu Harman: “Keçən ildən təhlükəsizlik elementlərinin çəkisi 30% artıb. Məcburi çarpma testlərindən keçmək çox çətin idi. Bu, şassi hazırlanmasının ən həyəcanlı anlarından biri idi – istehsal prosesi çox uzun sürəndə, siz həqiqətən testləri ilk dəfədən keçmək istəyirsiniz.
Keçən mövsümün gedişində çəki azaltmaq üçün çox çalışdıq, amma müəyyən bir anda dayandıq – işləyən maşında onu daha da azaltmaq səmərəsiz oldu.
İlk üç, dörd və ya beş yarışda biz maşından əlavə çəkinin demək olar ki, yarısını götürdük, sonra isə bu pulu, qanadlara, kuzovun digər elementlərinə daha yaxşı xərclənəcəyini anlayıb dayandıq. Nə vaxtsa o yerə çatırsan ki, maşından hər əlavə kiloqramı çıxarmaq getdikcə bahalaşır. Və bu vəsaitləri aerodinamikanın optimallaşdırılmasına sərf etmək daha yaxşıdır.
Komandanın əldə etdikləri ilə fəxr edirəm. Biz maşının çəkisini ciddi şəkildə azaltdıq ki, bu da maşının məhdudlaşdırıcı iş rejimlərini, şassi və asılqanlar üzərindəki maksimum yükləri daha dərindən dərk etməyin nəticəsi idi.
Mən təxminən əminəm ki, bu il peletonda çəki həddini aşan maşın olmayacaq. Ümid edirəm ki, bizim maşınımız digərlərindən daha yüngül olacaq və bu, ballastdan səmərəli istifadə etməyə imkan verəcək”.