Hanter Yini Carlin-ə keçib

Hanter Yini Formula3 karyerasını 2023-cü ildə davam etdirəcək. Amerikalı sürücü Campos-dan ayrılaraq Carlin komandası ilə yeni müqavilə imzalayıb.

F-1.az xəbər verir ki, Yini Formula3-də debütünü 2021-ci ildə Charouz ilə mövsümün son iki yarışında edib.

2022-ci ildə 17 yaşlı sürücü tam bir mövsüm üçün müqvilə imzalasa da, Şpilberq mərhələsində biləyini sındırıb və yalnız Monzada mövsümün son mərhələsində sükan arxasına qayıdıb.

Formula3-də iki yarımçıq mövsümdə Yininin ən yaxşı nəticəsi 2022-ci ildə İmola və Silverstounda on altıncı yerlər olub.

Hanter Yini: “Gələn mövsüm Carlin-lə Formula3-də qalacağımı elan etməkdən çox məmnunam. Carlin Avropada ilk testlərimi keçirdiyim birinci komanda idi, ona görə də özümü evə gələn kimi hiss edirəm. Gəlin 2023-cü ili gözləyək!”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*