F-1.az xatırladır ki, bir nçə gün əvvəl daha bir keçmiş Formula1 pilotu Bruno Senna da eyni fikirləri söyləmişdi.
Hans-Yoahim Ştuk: “Müasir yarış seriyaları, xüsusən də Formulaların bir problemi var – aerodinamika. Müasir Formulada aerodinamika çox böyük rol oynayır.
Bolidin, bir dövrəni 2 və ya 3 saniyəyə keçməsi tamaşaçı üçün önəmli deyil. Buna görə də Formula1 aerodinamikanın inkişafından imtina etməlidir. Aerodinamikanın inkişafını dondurmaqla, Formula1 böyük məbləğə qənaət etmiş olar.
Sadə aerodinamikası olan bolidləri idarə etmək daha çətindir. Yarışlar daha maraqlı keçər və Formula1 bütün problemlərini həll etmiş olar».