F-1.az bildirir ki, FİA rəsmən şirkəti məlum edib ki, onların müraciəti həm texniki tələblərə, həm də təhlükəsizlik standartlarına cavab verir.
Bundan sonra Liberty Media hər bir iddiaçı ilə danışıqlar aparmalıdır, sonda isə çempionatın sahiblər öz seçimlərini edərək bu barədə FİA-ya xəbər verməlidirlər.
Liberty Media-nın nümayəndəsi bildirib ki, “iki təchizatçı şirkətlə kommersiya danışıqları apardığımızı təsdiq edə bilərik…”
Cənubi Koreyanı təmsil edən Hankook istehsal həcminə görə dünyanın 7-ci təkər şirkəti sayılır, amma bu günə qədər F1-də iştirak etməyib. Amma Hankook DTM və avropanın F3 seriyalarında keyfiyyətlə təmsil olunub.
Şirkətin rəhbərliyi bu xəbərə şərh verməkdən boyun qaçırıb.
Liberty Media-nın seçdiyi şirkət Formula1 komandalarını 2020-2023-cü illərdə təkərlərlə təchiz etməlidir, maraqlıdır ki, əməkdaşlığın ilk ilində veriləcək təkərlər 13 düyməlik, sonrakı illərdə isə 18 düyməlik olmalıdırlar. Xatırladaq ki, 2021-ci ildən çempionatda termal (qızdırıcı) çexolların istifadəsi də qadağan olunacaq…