F-1.az xəbər verir ki, Mercedes komandasının britaniyalı sürücüsü ən yumşaq tərkiblə sıralanma turu rejimində trasa çıxsa da, yekun protokollarda daha bərk tərkibdə olan rəqibindən geridə qalıb.
Lyuis Həmilton: “Bəhreyndə maraqlı günlər keçirdik – çoxlu yeni şeylər öyrəndik, komanda ciddi işlədi, sakitləşmədi və konsentrasiyanı saxladı.
Hələ ki, istədiyimiz qədər sürətli deyilik, amma inkişaf üçün yaxşı bazamız var. Gələn həftəni harada bitirəcəyimizi bilmirik, amma pozitiv qalırıq və əlimizdən gələnin ən yaxşısını etməyə davam edirik”.