Hamı yıxılır, poulu isə Banyaya qazanır

Almaniyanın Zaksenrinq trasında motosikletçilərin MotoGP dünya çempionatında mövsümün 7-ci mərhələsi çərçivəsində sıralanma turu baş tutub.

F-1.az xəbər verir ki, mübarizə qurumuaqda olan trasda getdiyi üçün hər bir sürücünün trasda olma anı vacib əhəmiyyət kəsb edib.

Sürüşkən tras bir çox sürücünün yıxılması ilə müşayiət olunub. İlk sessiyada bu həftəsonu məşqlərdə ilk onluğa düşməyə imkan verən nəticə göstərməyən sürücülər mübarizə aparıblar. Aprilia-dan Maverik Vinyales və Honda-dan Mark Markes yıxılıblar, amma Mark növbəti sessiyaya vəsiqə qazana bilib. Buna səbəb ispaniyalı sürücünün son dəqiqələrdə risk edərək quru təkərlərə keçməsi olub. Protokollara isə Red Bull KTM-dən Brəd Binder başçılıq edib.

İkinci sessiyada artıq bütün sürücülər sliklərdən istifadə ediblər, amma tras tədricən quruduğu üçün protokolların ilk sətrində sürücüləri bir-birini əvəz ediblər. Əlbəttə, yenə də yıxılmağı unutmayıb. Mark Markes yenə də yıxılıb. Amma boksa gedərək, ehtiyatda olan baykla daha bir cəhdinə qayıdıb.

Son dəqiqələrdə ilk döngədə Markes, 9-cu döngədə Joan Zarko yıxıldığı üçün bir neçə yerdə sarı bayraqlar dalğalanıb, ona görə də sürətli dövrədə olan sürücülərin nəticləri protokollardan silinib. Hakimlərin müdaxiləsindən sonra məlum olub ki, mövsümün lideri Ducati-dən Françesko Banyaya ardıcıl 3-cü poulunu qazanıb. Amma bundan əvvəlki iki sıralanma turundan fərqli olaraq, bu dəfə Markes 2-ci ola bilməyib. Ducati-nin törəmə VR46 komandasının sürücüsü Luka Marini bu dəfə çempion həmyerlisinə 0.078 saniyə uduzaraq 2-ci olub. Ona cəmi 0.005 saniyə uduzan Red Bull KTM-in sürücüsü Cək Miller ilk cərgəni tamamlayıb.

İkinci cərgə isə tam Ducati texnikasının olub: Pramac-dan Joan Zarko və Xorxe Martininin ortasında VR46-dan Marko Bezzekki yer alıb. Markes isə 7-c nəticə ilə kifayətlənməli olub.

Bu gün Bakı vaxtı ilə saat 17:00-da mübarizə sprint (qısa) yarışda davam edəcək…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*