Hamı Sulayemin getməsini istəyir?

Formula1 komandalarından birinin rəhbəri hamının FİA prezidentinin istefasını istədiyini bildirib.

F-1.az xəbər verir ki, adını anonim saxlayan həmin rəhbər şəxs bunları deyib: “Hər kəs düşünür ki, o getməlidir. Bu, əlbəttə ki, ümumi fikirdir”.

Xatırladaq ki, son həftələr bin Sulayem və Formula1 arasında münaqişə alovlanıb. Daha əvvəl bildirilmişdi ki, bir sıra Formula1 komandaları FİA prezidentinin rəhbərlik tərzindən narazıdırlar. Eyni zamanda, mənbənin sözlərinə görə, komandalar Muhammədin 2001-ci ildə qadınların zehni qabiliyyətləri haqqında dediyi sözləri ikrahla qəbul ediblər.

Xatırladaq ki, daha əvvəl FİA-nın hazırkı prezidentinin saytından köhnə sitat mediada yer almışdı və o, “kişilərdən daha ağıllı olduğuna inanan qadınları sevmirəm, çünki əslində belə deyil” demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*