F-1.az xatırladır ki, britaniyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitsə də, hələ də yeni müqavilə bağlamağa tələsmir. Dördqat Dünya Çempionunun qərarı həm Rikkardonun, həm də Saynsın idmandakı gələcəyini təyin edə bilər. Çünki Red Bull komandası avstraliyalı sürücünü razı sala bilməsə, əvəzinə Karlos Saynsı transfer edə bilər. Əgər Rikkardo ilə müqavilə bağlansa, ispaniyalı sürücü karyerasını Renault-da davam etdirə bilər.
Kristian Horner: “Renault Saynsı komandada saxlamaq istəyəcək. Onun vəziyyəti bizim ehtiyacımızdan asılıdır. Hər iki sürücümüzü komandada saxlamaq istəyirik. Daha sonra Karlosla danışa bilərik. Hər şey bir-birinə bağlıdır. Bütün bazar Həmiltonu gözləyir. Ümid edirəm ki, bütün kartlar Silverstounda açılacaq və Lyuis komandası ilə müqavilə bağlayacaq. Toto hər iki sürücüsü ilə müqavilələri yenilədikdən sonra Karlosla danışacağıq. Hamı onları gözləyir”.