Halonun testləri mühəndisləri qorxudub

McLaren komandasının baş mühəndisi Mət Morris bildirib ki, Halonun testləri qorxulu olub.

F-1.az xatırladır ki, bu ildən etibarən bütün komandalar sürücülərin başını qorumaq üçün Halodan istifadə edəcəklər. Halonun çarpma testlərində 116 kilonyuton, yəni 11829 kiloqram qüvvə ağırlığında yüklərdən istifadə edilir.

Mət Morris: “Böyük mübarizə idi. Bilirdim ki, belə olacaq və detalları hazırlamaq üçün bir az vaxr və pul sərf etdik. Biz saxta və əsl Halolarımızla bolidin necə davranacağını test etdik. Bəzi problemlər tapsaq da, işə erkən başladığımız üçün şassini yığa bildik. Testlər edərkən bəzi qorxulu anlar oldu. Halonun üzərinə London avtobusu ağırlığında yüklər qoyulur. Həmin yükləri görən qorxar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*