F-1.az xatırladır ki, Halo sistemi bu ildən etibarən icbaridir. Amma komandalar avadanlığın ağırlıq mərkəzinə mənfi təsir etdiyini bildiriblər.
Əndi Qrin: “Halonu bolidə əlavə etmək milyonlarla olmasa da, yüz minlərlə dollara başa gəldi. Çox böyük xərcdir, çünki yeni şassi yığmalı olduq. Əslində bu il yeni şassi düzəltməməli idik, çünki keçən ilə nisbətən az şey dəyişmişdi. Bizim kimi komanda üçün bir şassidən iki il istifadə etmək çox vacibdir. Buna görə də çox xərcimiz çıxdı”.