Halo bolidlərin sürətini artıracaq?

Sabiq Formula1 sürücüsü Aleks Vürs bildirib ki, Halonun idmana gəlməsi gələcəkdə sürətləri artıra bilər.

F-1.az xatırladır ki, komandalar bu ildən etibarən Halodan istifadə etməlidirlər.

Aleks Vürs: “Müasir dövrdəki vəziyyəti nəzərə alsaq, FİA bolidlərin çirkin göründüyünü əsas gətirərək təhlükəsizlikdən imtina edə bilməz. Artıq hər şey dəyişib və sənaye insanların yaralanmasının və ölməsinin qarşısını almaq üçün hər şey etməlidir. Həyəcanlı yarışlar və fərqli qaliblər olsa, insanlar Halonu unudarlar. Əgər bolidlər təhlükəsiz olsa, Monakoda 400-450 km/saat sürətlə getmək və yağışlı havalarda sürmək olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*