Hakimlər Birmanın poulunu təsdiq ediblər

Ötən bazar günü Monakoda qazanılan qələbə, həmçinin Formula2-də iki əlavə mükafat xalının da verildiyi şəhər trasında sıralanma turunda poul mövqeyi Frederik Vestiyə fərdi sıralamada liderlik etməyə imkan verib.

F-1.az xəbər verir ki, amma onun Teo Purşer üzərində üstünlüyü cəmi beş xal olub və aydındır ki, Barselonada danimarkalı sürücü həqiqətən də uğurlu çıxışlar seriyasını davam etdirmək istəyirib.

Sessiyanın lap əvvəlində, sürücülər sadəcə düzgün ritmə girməyə çalışarkən, bu mövsüm hələ bəxti gətirməyən Teo Purşer, Zeyn Məloni, Cək Duhən növbə ilə protokolun birinci sətrində olublar, lakin Vesti trasa çıxmağa tələsməyib. Prema-nın ikinci sürücüsü Oliver Birman da hazırda sürücülər sıralamasında 8-ci yerdədir. Görünür, onların komandası trafik azalana qədər gözləməyə üstünlük verib.

Frederik Vesti öz cəhdinə yarım saatlıq seansdan on dəqiqədən çox vaxt keçdikdən sonra başlayıb. Bu arada Dennis Hauqer dövrəni nümunəvi nəticə ilə başa vuran birinci olub – 1:23.923. Vestinin ilk sürətli dövrəsi demək olar ki, 0.3 saniyə daha pis alınıb, lakin Birman daha sürətli temp nümayiş etdirərək dərhal dördüncü yerə yüksəlib.

Ola bilsin ki, növbəti cəhddə Hauqer daha sürətli dövrə vura bilərdi, lakin sürətli dövrələrdən birində Teo Purşer ona açıq-aydın maneçilik edib – stüardlar bu hadisəyə diqqət yetiriblər, lakin sessiyadan sonra bunu araşdırmaq qərarına gəliblər.

Təsnifat mərhələsinin başa çatmasına təxminən on dəqiqə qalmış, əvvəlcə Purşer birinci yerə yüksəlib, sonra isə Enzo Fittipaldi 1:23.623 nəticə ilə liderliyi ələ alıb. Təzə Soft təkərləri alan Prema sürücüləri yenidən trasa çıxanda bircə cəhd edə biliblər və Birman həqiqətən əla zaman göstərərək Fittipaldinin nəticəsini yüzdə bir neçə saniyə yaxşılaşdırıb.

Duhən daha sürətli dövrə vurmağa çalışıb və ikinci sektor həqiqətən də tamamilə ən yaxşı alınıb, lakin son döngədə avstraliyalının maşınında stabillik pozulub, o, bir qədər vaxt itirib və üçüncü yerdən yuxarı qalxa bilməyib.

Təəssüf ki, Vesti sıralanmanı yalnız səkkizinci nəticə ilə başa vurub, bəlkə də onun üçün kiçik bir təsəlli şənbə günü sprintdə ikinci cərgədən başlanğıc olacaq, çünki Formula2-də start düzümü qismən tərsinə (reversiv) prinsipə əsasən formalaşır.

Poulu isə dövrəni 1:23.546 nəticə ilə tamamlayan Oliver Birman qazanıb və bu dəfə heç kim ona mane ola bilməyib. Müvafiq olaraq, britaniyalı nailiyyətinə görə əlavə iki xal da qazanıb (yeri gəlmişkən, bu, cari mövsümdə ikinci dəfədir və o, Bakıda ilk dəfə poul qazanmışdı), baxmayaraq ki, Carlin komandası bu nəticəyə etiraz etməyə çalışıb – deyəsən, döngələrin birində Prema sürücüsünün maşını dörd təkərlə trasdan çıxıb. Ancaq stüardlar diqqətlə baxdıqdan sonra Birmanın qaydanı pozulmaq ərəfəsində olduğuna qərar veriblər, yəni təkərlərdən biri ağ xəttin üzərində olub.

Bu gün onuncu olan Virtuosi Racing-in belçikalı pilotu Amori Kordil isə şənbə günü sprintdə pouldan start götürəcək..

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*