F-1.az xəbər verir ki, komandanın 2023-cü ildə tam adı MoneyGram Haas F1 Team olacaq. Bu gün Haas-ın mətbuat xidməti adi qırmızı və ağ rəngləri saxlayan yenilənmiş loqotipi nümayiş etdirib – loqotip demək olar ki, eynidir, sadəcə indi orada MoneyGram simvolu əlavə edilib.
Daha əvvəl komandanın başçısı Günter Ştayner MoneyGram ilə əməkdaşlığın onlara irəli getməkdə kömək edəcəyini demişdi: “Bu müqavilə ilə biz büdcə limitinə çata və hamı ilə bərabər səviyyədə ola biləcəyik. Əlbəttə, yüksək səviyyəli komandalar daha çox xərcləyə bilər, amma mən həmişə demişəm ki, orta və uzunmüddətli perspektivdə büdcə məhdudiyyətləri hər kəsin podium uğrunda mübarizə apara bilməsinə gətirib çıxaracaq. Biz realistliyimizi saxlayırıq – demirəm ki, qələbələr üçün mübarizəyə başlayacağıq, amma Haas növbəti irəli doğru addımı atacaq və rəqiblərlə daha yaxşı səviyyədə mübarizə apara biləcək”.