Haas yeni VF-23-ü təqdim edib

Haas komandası 2023-cü il bolidi VF-23-ü bu gün Bəhreyndə pit yolunda təqdim edib.

F-1.az xatırladır ki, amerikanlar 2023-cü ilin rəng çalarını yanvarın 31-də təqdim etmişdilər. Yeni VF-23-ü görmək üçün azrkeşlər 23 gün gözləməli olublar. Belə ki, bu gün Bəhreyndə VF-23 pit yoluna çıxarılıb və bolidin üstündəki tent götürülüb.

Komanda yeni mövsümdə MoneyGran Haas F1 adı ilə yarışacaq. Sürücü heyəti isə Kevin Maqnussen və Niko Hülkenberqdən ibarət olacaq. Pyetro Fittipaldi isə komandanın ehtiyat sürücüsü olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*