F-1.az bildirir ki, Lunar maliyyə texnologiya şirkətidir. Şirkət 2015-ci ildə Danimarkada qurulub və hazırda Danimarka, İsveç və Norveçdə 500 mindən çox istifadəçisi olan bankdır. Bu müavilədə komandanın danimarkalı sürücüsü Maqnussenin də payı var.
Şirkətin loqotipləri həm bolidin, həm də Maqnussenin kombinezonunda olacaq.
Günter Ştayner: “Lunar artıq tərəfdaşlarımızdan biridir və buna görə sevincliyik. Şirkətlərimizin çoxlu ortaq tərəfləri var. İki marka da iş görəndə ənənəvi formada hərəkət etmir və yeniliklərdən qorxmurlar. Onlar bizim sürət sevgimizi paylaşır və bank məhsullarını müştərilər üçün daha əlçatımlı etməyə çalışır.
Kevin Maqnussen Skandinaviyanın qabaqcıl idmançılarındandır və onu komandaya gətirdik. Onun qayıtması ilə Lunar kimi brendləri də cəlb etdik”.