F-1.az xatırladır ki, Haas komandası Formula1-də 2016-cı ildə debüt edib və ilk iki mövsümdə istədiyi qədər sponsor tapa bilməyib. Amma bu gün komandanın rəsmi saytından verilən açıqlamada Jack & Jones geyim şirkəti ilə tərəfdaşlıq müqaviləsi bağladığını bildirib. Bu müqavilə ilə birlikdə Jack & Jones Amerika təmsilçisinin geyim məhsullarını hazırlayacaq və şirkətin loqotipi VF-18-in arxa qanadına vurulacaq. Bundan başqa loqotipi geyimlərin və kombinezonların üzərində görəcəyik.
Günter Ştayner: “Jack & Jones ilə müqavilə bağladığımız üçün qürur duyuruq. Formula1-də yeni olsaq da, əxlaqımıza və işimizə görə onlara çox bənzəyirik”.