F-1.az xatırladır ki, Haas komandası bu il əsas sponsoru Uralkalini itirib. Sponsor axtarışında olan Amerika komandası TransfetMate Global Payments ilə müqavilə bağlayıb. Müqavilə elə böyük pullar gətirməsə də, Haas-ın uzun illərdən sonra müqavikə bağladığı ilk sponsordur. Şirkətin loqotipləri həm sürücülərin Kombinezonlarında, həm də bolidin üzərində olacaq.
Günter Ştayner: “TransfetMate Global Payments ilə müqavilə bağladığımız üçün sevincliyik və onlarla işləmək üçün səbirsizlənirik. Onlar ən yaxşı məhsulları təqdim edirlər”.