F-1.az bildirir ki, yeni VF-23 bolidinin özünü çox güman ki, testlərin ilk günü görmək mümkün olacaq – komanda adətən hər il bu addımı atır.
Komandanın mətbuat xidməti sosial şəbəkələrdə yayımladığı tünd qırmızı və qara rənglərdə hazırlanmış 10 saniyəlik animasiya videosu və posterlə bu xəbəri elan edib. Komandanın maşınında qara rəng 2017-2019-cu illərdə üstünlük təşkil edib. Həmin rəng çalarlarına qayıdıb-qayıtmayacaqlarını qısa zaman ərzində biləcəyik. Lakin Haas-ın yeni titul sponsoru olan MoneyGram International maliyyə şirkətinin loqoları qırmızı və ağ rənglərdən ibarətdir.