Ancaq komanda fikrini dəyişib və təqdimatı mövsümöncəsi testlərin ilk günündə – fevralın 22-də Barselonada keçirmək qərarına gəlib.
F-1.az xəbər vermişdi ki, komandanın Dallara şassisinə və Ferrari mühərrikinə sahib yeni bolidi FİA-nın məcburi çarpma (krəş) testlərini keçib. Roman Qrojanın şəxsi instaqram səhifəsində paylaşdığı şəklə əsaslansaq, yeni bolid qara və boz rənglərdə ola bilər.