Haas yeni bolidini fevralın 19-u təqdim edəcək?

Danimarka mətbuatının verdiyi xəbərə əsasən Haas komandası 2020-ci il bolidini fevralın 19-da təqdim edəcək.

F-1.az xatırladır ki, amerikalılar 2018-ci ildə 5-ci olsalar da, 2019-cu ildə bərbad mövsüm keçirmiş və 9-cu yeri tutmuşdular.

2020-ci ildə daha yaxşı performans göstərmək istəyən Haas komandası yeni bolidini fevralın 19-da Barselonadakı mövsümöncəsi testlərdə təqdim edəcək. Lakin bu məlumat Haas tərəfindən təsdiqlənməyib.

Qeyd edək ki, ilk Barselona testləri 19-21 fevralda, ikincisi isə 26-28 fevral tarixlərində baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*