F-1.az bildirir ki, amerikalılar 2017-ci il bolidi VF-17-nin təqdimatını fevralın 26-da edəcəklər. Həmin gün Red Bull və Toro Rosso komandaları da bolidlərini təqdim edəcəklər.
Xatırladaq ki, Amerika təmsilçisi Formula1-də keçən il debüt edib və Ferrari-nin mühərriyi ilə yanaşı, Dallara-nın şasisindən istifadə edir.
Haas debüt mövsümündə 29 xal toplayaraq, Mühəndislər Kubokunda 8-ci olmuşdu.