F-1.az xatırladır ki, amerikanlar bu il Formula1-də ikinci mövsümlərini keçirəcəklər. Haas yeni bolidini fevralın 26-da təqdim edəcək.
2017-ci il mövsümünün ilk testləri fevralın 27-də İspaniyada başlayacaq. Dördgünlük testlərin ilk 2 günündə Kevin Maqnussen sükan arxasına keçəcək. Qrojan isə VF-17-ni martın 1-də və 2-də test edəcək.
Xatırladaq ki, Haas keçən il Formula1-də ilk yarışı olan Avstraliyada Qrojanla 6-cı olmuşdu…