F-1.az xatırladır ki, almaniyalı sürücü bu il Manor-a transfer olunub və Avstriyada komandaya builki yeganə xalını qazanıb. Verlyayn bu performansla digər komandaların diqqətini cəlb edib.
Günter Ştayner: “O Mercedes-in sürücüsüdür. Biz isə Ferrari mühərriyindən istifadə edirik. Mercedes bununla razı olarmı? Bilmirəm. O, Vandorn və Okon kimi istedadlı sürücüdür”.
Manor-dan Deyv Rayan bildirib ki, Verlyayn barədə qərar vermək üçün mövsümün sonunu gözləmək lazımdır: “Məni səhv başa düşməyin. Onun gələcəyi parlaqdır və bizim komandada olması mükəmməl olar. Amma hər şey mövsümün ikinci hissəsindəki hadisələrdən aslı olacaq”.