F-1.az xatırladır ki, amerikalılar mövsümün ikinci yarısında bərbad performans göstərirlər. Buna görə də 2020-ci ilə fokuslanan komanda Braziliya yarışına yeniliklər gətirəcək.
Haas komandası ev yarışı olan Amerikada ön qanadın yeni versiyasını Maqnussenə vermişdi. Braziliyada isə qanaddan Roman Qrojan istifadə edəcək. Hazırda komandanın əlində yeni ön qanaddan bir ədəd var və buna görə də qəza olsa, əvvəlki versiyaya qayıtmalı olacaqlar.
Bundan başqa Williams da İnterlaqosa 3 yeni ön qanad gətirib. Komanda gələn ilə hazırlaşır və yeni detalları test edir. Keçən həftə gətirilən arxa qanaddan sürücülər razı qalmışdılar.