F-1.az xatırladır ki, iyul ayında Rich Energy-nin rəhbəri Vilyam Stori bildirmişdi ki, zəif performansına görə Haas ilə yollarını ayırırlar. Lakin şirkət bu xəbəri təkzib etmiş və əksinə Storinin özünü şirkətdən qovmuşdu.
Lakin Rich Energy şirkətində yenidənqurma işləri başlandığı üçün tərəflər müqaviləni qarşılıqlı ləğv etmək qərarına gəliblər. Müqavilə ləğv olunsa da, Haas komandasının rəng çaları dəyişməyəcək, sadəcə Rich Energy-nin loqotipləri boliddən götürüləcək.