F-1.az xatırladır ki, Haas komandası mövsümöncəsi ikinci testlərin ilk günündə yanacaq sistemində, ikinci günündə isə turbo sistemində problem yaşayıb. Amerikalılar ilk gündə 23, ikinci gündə isə cəmi 1 dövrə ata biliblər.
Amma Ştayner inanır ki, onlar testlərin 3-cü günündə problemlərlə üzləşməyəcəklər: “Birinci gün bitdikdən sonra turbo dəyişdirildi və səhər hiss etdik ki, mühərrikdə problem var. Hazırlıq dövrəsindən sonra gördük ki, turbo öz vəzifəsini yerinə yetirmir.
Biz o dəqiqə deyə bilmərik ki, gedin turbonu dəyişdirin. Əvvəlcə təhlillər aparmalıyıq və problemi tapmalıyıq.
Özümüzə güvənirik. Problemi tapdıq və həll etdik, amma bu gün harada problem çıxacağını heç kəs bilmir. Düşünürəm ki, bu gün bizim üçün yaxşı olacaq.
Yarış tempində getməliyik və bacardıqca çox dövrə vurmalıyıq. Bolidi tanımalıyıq və problemləri həll etməliyik. Sabahkı vəziyyətə görə cümə gününün planlarını quracayıq.
Artıq gündəlik planlar yox, saatlıq planlar qurmalıyıq. Sabahkı vəziyyətə görə hər şey dəyişə bilər”.